Daha bir xəstəxana bağlandı: Yalnız COVID-19 xəstələrini qəbul edəcək

Daha bir xəstəxana bağlandı: Yalnız COVID-19 xəstələrini qəbul edəcək
Sosial 1028

“Cəlilabad Rayon Mərkəzi Xəstəxanası virusa yoluxmuş şəxslər üçün yenidən koronavirus (COVID-19) təyinatlı xəstəxanaya çevrilib.

BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qurumdan qeyd edilib ki, hazırda ölkəmizdə COVID-19-la bağlı 20-dən çox xəstəxana fəaliyyət göstərir və ehtiyac yarandığı təqdirdə bu say 40-a qədər artırıla bilər.

Qeyd edək ki, bir müddət əvvəl 1 saylı Kliniki Tibbi Mərkəz (KTM) də yalnız koronavirus xəstələrini qəbul etməsi üçün bağlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər