Daha bir təhsil ocağında aksiya: Bu dəfə müəllimlər

Daha bir təhsil ocağında aksiya: Bu dəfə müəllimlər
Sosial 3636
 

Bu dəqiqələrdə Bakı Humanitar Kollecinin müəllimləri etiraz aksiyası keçirirlər.

BAKU.WS BakuPost.az-a istinadən xəbər verir ki, buna səbəb müəllimlərin kütləvi şəkildə ixtisarının gözlənilməsidir.

Aksiyaçılar bildirirlər ki, müəllimlər üçün olacaq imtahandan Təhsil Nazirliyinin xəbəri yoxdur. Tədris hissə müdiri Əsəd İbrahimov isə deyib ki, nazirliyin xəbəri var.

Xatırladaq ki, bundan qabaq Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması məqsədilə verdiyi yeni qərarı narazılığa səbəb olub.

Qərara əsasən, bu müəssisələrdə təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə birləşdirilib. Bu birləşdirilmə nəticəsində də ixtisarlar olmuşdu.

Onu da deyək ki, kollecin direktoru, millət vəkili Əhliman Əmiraslanovun qardaşı Vaqif Əmiraslanovdur. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda İslam Kolleci açılır

Azərbaycanda İslam Kolleci açılır

Lənkəranda yeni tədris ilində daha bir yeni təhsil müəssisəsi - İslam Kolleci fəaliyyətə başlayacaq. BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, Lənkəran İslam...

1573 Sosial 11:25 16 may 2017

Son xəbərlər