Daha bir qurumun işçilərinin maaşları artırıldı

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçilərinin əməkhaqlarına müddətli əlavənin məbləği müəyyən edilib.
BAKU.WS "Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarında öz əksini tapıb.
Qərara əsasən, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən olunub.
Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.
Oxşar xəbərlər
Əməkhaqqı ilə bağlı qaydalar təsdiq olundu - Maaşdan əlavə 790 AZN - CƏDVƏL
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə...