Daha bir qazi yüksək texnologiyalı protezlə təmin olunur
03
fev
2021
18:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zəfərimizin qəhrəmanlarından biri olan İslamov Qurbanəli Məzahir oğlunun da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlanıb.BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Məzahir yaxın günlərdə həmin protezlə təmin olunacaq.Bu məqsədlə nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb. Ona protezləşməyə hazırlaşması üçün lazımi təlimatlar verilib.
Oxşar xəbərlər
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış hərbi qulluqçuların ehtiyaclarına uyğun olaraq reabilitasiya...