Daha bir ölkə turistlərin girişi ilə bağlı COVID-19 məhdudiyyətlərini ləğv edir
31
may
2022
20:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya iyunun 1-dən ölkəyə gələn səyahətçilər üçün bütün sanitariya protokollarını ləğv edir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ATOR məlumat yayıb.
Səlahiyyətlilər turistlərin peyvənd olunub-olunmadığını, COVID-19-dan sağalıb-sağalmadığını yoxlamayacaq, eləcə də mənfi nəticəli PZR testi tələb etməyəcək.
İtaliya Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, ölkəyə giriş üçün “GreenPass” (“Yaşıl sertifikat”) verilməsini nəzərdə tutan və mayın 31-də başa çatacaq sərəncamın müddəti uzadılmayacaq.
Oxşar xəbərlər
Almaniya pandemiya ilə bağlı ölkəyə giriş qaydalarını yumşaldır
Almaniya hökuməti koronavirusa yoluxma hallarının azalması fonunda iyunun 1-dən etibarən yay mövsümü üçün ölkəyə giriş qaydalarını yumşaltmağı planlaşdırır. BAK...