Daha bir ölkə sabahdan pandemiya ilə bağlı məhdudiyyətlərin əksəriyyətini ləğv edir
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçrə fevralın 17-dən koronavirusla əlaqədar daha əvvəl tətbiq edilən sosial məhdudiyyətlərin əksəriyyətini ləğv edəcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Belə ki, artıq mağazalara, restoranlara və digər ictimai yerlərə getmək üçün maska taxmaq və COVID-sertifikatı tələb olunmayacaq. Həmçinin iş yerində maska taxmaq tələbi və evdən işləmək tövsiyəsi də qüvvədən düşəcək.
İctimai nəqliyyatdan istifadə edərkən və tibb müəssisələrinə gedərkən tənəffüs orqanlarını qorunmaq qaydası isə hələ martın sonuna qədər qüvvədə qalacaq. Koronavirus testi müsbət olanlar yenə də karantinə alınacaqlar.
Oxşar xəbərlər
Amerikalı həkim koronavirusdan xilas olmağın yolunu açıqladı - MÜSAHİBƏ
BAKU.WS ABŞ-ın tanınmış həkim anestezioloq-reanimatoloqu İsmail Abadan Mehrinin “Report”un xüsusi müxbirinə müsahibəsini təqdim edir: - Hazırda koronavirus pand...