Daha beş qazimiz Türkiyəyə müalicəyə göndərildi - FOTO

Daha beş qazimiz Türkiyəyə müalicəyə göndərildi - FOTO
Foto
Sosial 83

Ağır yaralanan daha beş qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan BAKU.WS-ə verilən məlumata görə, müalicəyə gedən qazilərimiz İdrisov Ərşad Rafiq oğlu, Misirzadə Rahib Mübariz oğlu, Əmənli Nurlan Şirzad oğlu, Səmədov Ceyhun Eldar oğlu və Əzizli Səddam Nazim oğludur.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 131 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və vətənə qayıdıblar.

Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün portal istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçidə daxil ola bilərsiniz.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Daha 3 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib - FOTO

Daha 3 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib - FOTO

Ağır yaralanan daha 3 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Bu barədə BAKU.WS-ə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyal...

62 Sosial 10:22 01 sentyabr 2021

Son xəbərlər