Daha 78 obyektdə qanun pozuntuları aşkarlandı - FOTO

Daha 78 obyektdə qanun pozuntuları aşkarlandı - FOTO
Foto
Sosial 243

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən iyulun 3-də Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 52 ictimai iaşə obyekti, 157 ərzaq satışı mağazası olmaqla ümumilikdə 209 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 78-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

“Good food Azerbaijan” MMC-yə məxsus ərzaq mağazası, “24 saat”, “Xəzər”, “Panda”, “Savalan”, “Yeni market”, “Sizin” marketlər, İmaməliyev Ələkbər Hacıağa oğluna, Nəbiyev Əlihüseyn Əlibaba oğluna, Qurbanov Zaur Paşa oğluna, Məmmədova Nəzmiyə Rəsul qızına, Qambayev Elşən Zülfiqar oğluna, Abdullayev Məmmədəli Qasım oğluna məxsus marketlər

Digər şəhər və rayonlar üzrə:

Sumqayıt şəhərində “Qayalı”, “Cavid”, “Günel” və Haqverdiyev Mətanət Rəcəb qızına məxsus ərzaq mağazaları

Göyçay rayonunda “Göygöl”, “İnci”, “Bizim bağ”, “Röya”, “Delux” kafeləri, Mikayılov Suliddin Mikayıl oğluna məxsus kafe və İsrafilov Ənvər Sirac oğluna məxsus market

İsmayıllı rayonunda “Orxan”, “Nihat” və “Oba” marketlər

Ağsu rayonunda “Qaqaş” kafe, “Nicat” market, Həmidov Xalis Şükür oğluna məxsus ərzaq mağazası

Kürdəmir rayonunda Gərayev Məhəmməd Abdulqədir oğluna məxsus ərzaq mağazası

Xaçmaz rayonunda Rüstəmov Fərman Piristan oğluna, Ağabəyov Alik Sadıq oğluna məxsus ət satışı mağazaları

Xudat rayonunda Qafarov Ayətşah Şaral oğluna, Sərdarov Xanlar Əmirsultanoviç oğluna və Əhmədov Elxan Eldar oğluna məxsus kafelər

Sabirabad rayonunda Mehtiyev Mehman Ağabala oğluna məxsus ərzaq mağazası və “Aura” market

Bərdə rayonunda Zərgərov Şövqi İmran oğluna, Hümbətov Nicat Xalid oğluna məxsus ərzaq mağazaları

Ağdam rayonunda Əliyev Əli Alış oğluna məxsus “Quzanlı” kafe, Quliyev Rəmzi Xəlil oğluna məxsus “Ağdam” market, Ələsgərov Bəxtiyar Sədrəddin oğluna, Rəhimov Xaliq Səfqulu oğluna, İsmayılov Vəzirxan Əkbər oğluna, Baxşəliyev Zabir Cavanşir oğluna məxsus ərzaq mağazaları, Ələsgərov Adil Sərdar oğluna və Səfərov Mübariz Qədimalı oğluna məxsus kafelər

Balakən rayonunda “Al” market, Səfərzadə Hafiz Sabir oğluna, Eminov Kamil Əhməd oğluna məxsus marketlər, Xalayeva Nargilə Ziyov qızına məxsus kafe

Qəbələ rayonunda “Oba” və “Al” marketlər, Əlicanov Elçin Eldar oğluna, Cəbiyev Ağahüseyn Abdulhüseyn oğluna məxsus marketlər

Qax rayonunda Qəniyev Malik Nəcəf oğluna, Xasıyev Ənvər Araz oğluna məxsus marketlər

Oğuz rayonunda Atakişiyev Aqil Bəhram oğluna, Nəbiyev Səxavət Knyaz oğluna məxsus kafelər

Şəki şəhərində “Bazarstore” market, Hüseynli Qurban Abid oğluna məxsus kafe

Lənkəran şəhərində “Fədək” və “Aura” marketlər

Göygöl rayonunda “Məngük” və “Qala dibi” restoranlar

Goranboy rayonunda “Sahib” market

Ağstafa rayonunda “Sərinlik” kafe, “Bizim” və “Səmədoğlu” marketlər

Qazax rayonunda “Məkan” kafe

Tovuz rayonunda “Oba” market və Əhmədov Ərəstun Abuzər oğluna məxsus ət satışı mağazası

Ucar rayonunda “Göbələk” restoranı, “City klub” və “Qumlaq” kafelər, “Elvin” market

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Oxşar xəbərlər

Son xəbərlər