170 obyekt koronavirusla bağlı tövsiyələri kobud şəkildə pozub - REYD
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 88 ictimai iaşə obyekti, 214 ərzaq satışı mağazası olmaqla ümumilikdə 302 müəssisədə reyd keçirib.
BAKU.WS AQTA-ya istinadən xəbər verir ki, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 170-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
◾ Xətai rayonunda “İslam” market
◾ Nizami rayonunda “Ulduz” market
Digər rayon və şəhərlər üzrə:
◾ Bərdə rayonunda “Lahmacun” kafe və “Yaşar” market
◾ Gəncə şəhərində “Uğur” market
◾ Göygöl rayonunda “Böyük İsgəndər” restoranı
◾ Xaçmaz rayonunda “Ət dünyası”, Ağayev Abdulla Hüseynağa oğluna, Zülfüqarov Alim Aydın oğluna, İmanrzayev Üzeyir Ağarəhim oğluna məxsus ət satışı mağazaları
◾ Neftçala rayonunda “Proqres” ərzaq mağazası, “Milla” market və Məmmədov Rasim Musa oğluna məxsus kafe◾ Salyan rayonunda “Rəvan” market və Eyvazov Qadir Nadir oğluna məxsus ərzaq mağazası
◾ Göyçay rayonunda “Göyçay servis” və “Aysel” kafesi
◾ Şamaxı rayonunda “Azay” market, Cavadov Seymur Ağagül oğluna məxsus meyvə-tərəvəz satışı mağazası, Ələkbərov Qahir Sabir oğluna məxsus ət satışı mağazası və Həsənov Qubad İbad oğluna məxsus ərzaq mağazası
◾ Qəbələ rayonunda Osmanov İzzət Nüsrət oğluna, Aslanova Qəzalə Xandəmir qızına və Mirağayev Sahil Xanalı oğluna məxsus ərzaq mağazaları
◾ Zaqatala rayonunda Ramazanov Şahlar Şəmsəddin oğluna məxsus ərzaq mağazası
◾ Quba rayonunda “Olimp” və “Roman” kafesi
◾ Qusar rayonunda “İmperial”, “Oazis” restoranları və Nurəhmədov Zaur Yüzbəy oğluna məxsus kafe
◾ Cəlilabad rayonunda “Furqan” və “Sünbül” market
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
Qalereya
Oxşar xəbərlər
Bakıda koronavirus “bazarı” - hamı oradan evinə xəstəlik daşıyır...
Azərbaycanda koronavirusa yoluxanların sayında artım qeydə alınır. Artıq yoluxma sayı gündəlik 100 nəfərdən çox olur. Müvafiq qurumlar və eyni zamanda tibb sahə...