İcra Hakimiyyətindən sahibkarın şəhid məzarı ilə bağlı iddiasına CAVAB

İcra Hakimiyyətindən sahibkarın şəhid məzarı ilə bağlı iddiasına CAVAB
Sosial 1012

Bakıda sahibkar icra hakimiyyətindən şikayət edir.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Paylaşımda vətəndaş Binəqədi Rayon İcra başçısının şəhidlərin məzar daşlarının hazırlanmasını sahibkarların üzərinə qoyduğunu iddia edir. Onun sözlərinə görə, icra hakimiyyəti ondan beş şəhidin məzar daşının hazırlanmasını tələb edib.

Bu tələbdən imtina edən sahibkarları isə incidərək, təzyiq göstərirlər.

Özünün Qarabağ qazisi olduğunu deyən şəxs beş ildir 222 min manat pul ödəyib aldığı ərazidə işləməyə imkan verilmədiyini və ona biri 370 manat olan 40 ədəd zibil konteyneri aldırıldığını iddia edir.

Rayon icra hakimiyyətinin Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Rəşid Əmirlinin iddiası həqiqəti əks etdirmir:

“Sözügedən iddia ilə əlaqədar olaraq bildiririk ki, AR Şəhərsalma və Arxitektura Komitəsinin 23 sentyabr 2020 tarixli 04\02-1963 saylı məktubu ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 10 may küçəsinə gedən yolda, qəbiristanlığın hasarına bitişik (qaz xəttinin mühafizə zolağında) 30 kv.metr sahədə metal konstruksiyalardan quraşdırılma işlərinin və 150 kv.metr sahədə betonlanma işlərinin qanunsuz aparılmasının müşahidə olunması barədə məlumat daxil olub.

Yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi və qanunsuz zəbt etmənin qarşısının alınması ilə bağlı yerində tərtib edilmiş akt RİH-ə göndərilib. R.Əmirli tərəfindən torpağa dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Vətəndaşa özbaşına quraşdırılmış metal konstruksiya işlərinin dayandırılması və sahənin əvvəlki vəziyyətinə qaytarılması tövsiyə edilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə imtina edərək əssasız iddalar irəli sürüb.

Məlumat üçün bildiririk ki, müvafiq qaydaların tələblərinə uyğun olaraq özü tərəfindən qanunsuz şəkildə quraşdırılmış metal konstruksiyalar sökülüb. 12 yanvar 2021-ci il tarixində vətəndaş Rəşid Əmirli rayon rəhbərliyi tərəfindən qəbulda olarkən ona qanunvericiliyin tələbləri izah olundu və vətəndaş gələcəkdə müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinə söz verdi. Odur ki, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən iddia olunan “beş şəhid məzarının üstünün götürülməsi” tələbi həqiqəti əks etdirmir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13649 Sosial 16:25 16 mart 2020

Son xəbərlər