“COVID-19 sertifikatı” son 6 ayda analiz nəticəsi pozitiv olmuş vətəndaşlara verilir
Yeniliklərdən dərhal xəbərdar olun
“COVID-19 immunitet sertifikatı” son 6 ayda koronavirus analiz nəticəsi pozitiv olan vətəndaşlara verilir".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
"Lakin müşahidələr onu göstərir ki, son 6 (altı) ayda deyil, ümumiyyətlə pandemiyanın başlanmasından bu günə qədər olan dövrdə xəstəliyə yoluxmuş şəxslər “COVID-19 immunitet sertifikatı”nı yükləməyə çalışırlar.
Bir daha vurğulamaq istərdik ki, “COVID-19 vaksin sertifikatı”nı hər iki dozada vaksinasiya olunan, “COVID-19 immunitet sertifikatı”nı isə son 6 (altı) ayda COVID-19 analiz nəticəsi pozitiv olan şəxslər əldə edə bilərlər".
Oxşar xəbərlər
İcbari Tibbi Sığortadan COVID pasportu ilə bağlı AÇIQLAMA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi COVID-19 pasportunun əldə edilməsi ilə bağlı açıqlama yayıb. Agentlikdən BAKU.WS-ə daxil olan açıqlamada deyilir: "CO...