COVID-19 əleyhinə peyvəndlə bağlı əhali nə düşünür? - SORĞU

COVID-19 əleyhinə peyvəndlə bağlı əhali nə düşünür? - SORĞU
Sosial 106

“Media Təhlil Mərkəzi” keçirdiyi növbəti sorğunun nəticələrini açıqlayıb. Mərkəz COVID-19 əleyhinə peyvəndlə bağlı ictimaiyyətin rəyini öyrənmək üçün sorğu keçirib.

Bu barədə “Media Təhlil Mərkəzi” məlumat yayıb.

Bildirilib ki, sorğuda iştirak edən 780 respondentin (43,1% qadın, 56,9%-kişi) 39,5%-i qısa müddət ərzində peyvənd olunmaq istədiyini, 16,5%-i peyvənd olunmaq istəmədiyini, 44%-i isə peyvənd olunanların reaksiyasını gözlədiyini bildirib.

Vaksinasiyadan keçmək istəyənlərin 53%-i istehsalçı ölkəyə böyük əhəmiyyət verdiklərini, 15,3%-i isə vaksinin hansı ölkədə istehsal olunmasına əhəmiyyət vermədiyini deyib.

Sorğuda iştirak edənlərin 31,7%-i isə dövlət tərəfindən alınan vaksinə etibar etdiyini qeyd edib.

Bundan başqa, rəy sorğusunda iştirak edən respondentlərin 53%-i COVID-19 virusuna yoluxma təhlükəsindən ehtiyat etdiyini, 22,3%-i virusdan qorxmadığını, 19,4%-i isə artıq virusa yoluxduğunu bildirib. 5,3% respondent isə bu suala cavab verməkdə çətinlik çəkdiyini etiraf edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər