COVID-19 artıq mövsümi xəstəlik kimi qəbul edilməməlidir - İnstitut direktoru
Yeniliklərdən dərhal xəbərdar olun
COVID-19 artıq mövsümi xəstəlik kimi qəbul edilməməlidir. O, mövsümə bağlı olmayaraq, istədiyi zaman yayılır.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.
Onun sözlərinə görə, virus artıq bioloji xüsusiyyətlərini dəyişir. Bu virusun qışda aktivləşib, yayda zəifləməsi ehtimalı yoxdur:
“Bu məsələ gündəmdə olmayıb. Yayda ona görə virusun yayılması bir qədər zəif idi ki, qapalı yerlərdə insanlar arasındakı təmas o qədər çox deyildi. Digər tərəfdən, xəstəliyin mutasiyaya uğramış bu forması mövcud deyildi.
Əgər mutasiya olsaydı, bu virus yayda da payızda olduğu qədər çox yayıla bilərdi. Əhalinin qışda qapalı məkanlarda olması, virusun mutasiyaya uğraması onun yayılmasını sürətləndirmiş olur”.
Oxşar xəbərlər
Mutasiyaya uğramış virus təhlükəlidir? - VİDEO
Böyük Britaniyada COVID 19 infeksiyasının ard-arda iki dəfə mutasiyaya uğraması Avropa qitəsində insanlar arasında müəyyən narahatlığa, hətta bəzi ölkələrdə təş...