COP29 Könüllüləri “Təkrar emal fəalları” adlı təmizlik aksiyası keçiriblər - FOTO
COP29 Könüllüləri Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən parklardan birində “Təkrar emal fəalları” adı altında növbəti təmizlik aksiyası keçiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aksiya zamanı könüllülər park ərazisini təmizləyərək toplanmış məişət tullantılarını təkrar emal üçün “Təmiz Şəhər” ASC-yə təhvil veriblər.
Ekoloji aksiya çərçivəsində könüllülər parkda istirahət edən sakinlərlə ictimai təmizliyə riayət olunması və şəhər parklarının ekoloji durumunun sağlamlaşdırılmasının əhəmiyyəti barədə maarifləndirici söhbət aparıblar. Könüllülər həmçinin bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı barədə sakinləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.
Ekoloji tədbir “Təmiz Şəhər” ASC-nin tullantılarının idarəedilməsi fəaliyyəti ilə tanışlıqla davam edib. Aksiya çərçivəsində toplanan 230 kilodan çox həcmdə müxtəlif növ bərk məişət tullantıları könüllülər tərəfindən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna növbəti təkrar emal üçün təhvil verilib. Müəssisəyə baş çəkən könüllülər tullantıların düzgün idarə edilməsi təcrübələri, müasir emal sistemləri və tendensiyalar haqqında faydalı məlumatlar əldə edib, tullantıların çeşidlənməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsi proseslərini əyani izləyə biliblər.
Qeyd edək ki, bu təşəbbüs COP29 könüllüləri tərəfindən iqlim dəyişmələri problemləri və onların həlli yolları, həmçinin bu istiqamətdə kollektiv və birgə fəaliyyətin rolu haqda ictimaiyyətin məlumatlılığının artırılmasına yönəlmiş davamlı fəaliyyətin bir hissəsidir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib
Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektr...