COP29-da iaşə xidmətlərinin təşkili qaydası açıqlanıb
COP29 konfransının keçirildiyi ərazidə 4 mətbəx fəaliyyət göstərir.
"Report" xəbər verir ki, bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə onlardan üçü "Mavi zonada", biri isə "Green zona"dadır: "Stadion ərazisində 56 yeni kafe və restoran qurulub. Onlardan 30-dan çoxunda "kafeshop" və qida satışı nöqtələri, həmçinin iki böyük restoran fəaliyyət göstərəcək ki, birində milli, digərində dünya mətbəxi olacaq".
O vurğulayıb ki, kafe və restoranlar zonalar üzrə paylanılıb: "Bir saat ərzində 6 mindən çox qonağa xidmət etmək iqtidarındadırlar: "Artıq müxtəlif ölkə pavilyonları portal satışı üzərindən sifarişlərə başlayıb".
Oxşar xəbərlər
"AnewZ" mina təhlükəsi və zərərçəkənlərin taleləri haqqında xüsusi reportaj hazırlayıb
"AnewZ" telekanalı müasir dövrün ən kəskin humanitar problemlərindən biri olan mina təhlükəsi və onun mülki əhali üçün ağır nəticələrinə həsr olunmuş "Ani partl...