"Coca-Cola" onmilyonlarla şüşəni geri çağırır - Tərkibində təhlükəli hissəciklər var
Yeniliklərdən dərhal xəbərdar olun
"Coca-Cola" Avstriyada satışdan çıxarılan 28 milyon 0.5 litrlik plastik şüşəni geri çağıracaq.
BAKU.WS "Austria Press Agentur"a istinadən xəbər verir ki, buna səbəb təhlükəli hissəciklərin şüşələrin içinə daxil olması riskidir.
Qeyd olunur ki, az sayda şüşəyə metal fraqmentlərinin daxil olma ehtimalı var. Bu risklər istehsal zamanı xətanın baş verməsi səbəbindən yaranıb.
Bu cür məhsulların istehlakı sağlamlığa zərər verə bilər, buna görə şirkət bütün partiyanı geri çağırmaq qərarına gəlib. Bu partiyaya yararlılıq müddəti 2025-ci il fevralın 4-dən aprelin 12-dək olan "Coca-Cola", "Fanta", "Sprite" və "Mezzo Mix" içkiləri daxildir. Avstriyada belə böyük miqyasda məhsulun geri çağırılması ilk dəfə baş verir. Hazırda həmin içkilərə görə zərər çəkən qeydə alınmayıb.
Oxşar xəbərlər
Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerind...