Çörək sexində nöqsanlar aşkarlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ucar şəhəri, Oğuz küçəsində fəaliyyət göstərən, Qurbanov Elxan Ələkbər oğluna məxsus çörək bişirmə müəssisəsində yoxlama keçirilib.
AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi məlum olunub.
Belə ki, müəssisənin istehsal sahəsində sanitariya qaydalarına əməl olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan yuyula bilən materiallarla təmin olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, anbarında sanitariya qaydalarına əməl olunmadığı, un məhsullarının saxlanma rejiminə, temperatur rejiminə əməl olunmadığı aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati protokol tərtib olunub.
Araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
"Özsüt", "KFC" restoranı, "50 qəpik" və digər obyektlərdə nöqsanlar aşkarlandı - TAM SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (...