Çində təhsil alan azərbaycanlı tələbə koronavirus şübhəsi ilə Bakıda xəstəxanaya yerləşdirilib

Çində təhsil alan azərbaycanlı tələbə koronavirus şübhəsi ilə Bakıda xəstəxanaya yerləşdirilib
Sosial 771

Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, 1996-cı il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə Çində 19 yanvar tarixində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq.

1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Çində təhsil alır. Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq.

Xüsusi tibb müəssisəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar.

Məlumata görə, digəri 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, hazırda Çində təhsil alır. Bakıya yanvarın 28-də gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq. Xüsusi tibb müəssisəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar.

Son xəbərlər