Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu koronavirus səbəbindən Çində qalan azərbaycanlılarla bağlı danışıb.
BAKU.WS xəbər verir ki, Mövlud Çavuşoğlu Modern.az-a açıqlamasında məsələni diqqətdə saxladıqlarını deyib:
“Virus yayılan bölgədə 7 azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək”.
Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək:
“Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”.
Oxşar xəbərlər
Koronavirusla bağlı əhaliyə xəbərdarlıq – “Xəstə halda iş yerlərinə getməyin” - VİDEO
“Azərbaycanın səhiyyə sistemi hər hansı yoluxucu xəstəliklə mübarizə aparmağa tam hazırdır”. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın baş epidemioloqu İba...