Çimərliklərə getmək üçün bunları mütləq bilməlisiniz - QAYDALAR
Yeniliklərdən dərhal xəbərdar olun
“Xəbər verdiyimiz kimi avqustun 5-dən ölkədə çimərliklərdən istifadəyə icazə verilir. Çimərliklərlə bağlı ölkə rəhbərliyinin tapşırığı ilə monitorinq qrupları yaradılıb və monitorinq aparılıb".
BAKU.WS xəbər verir ki, bunu ASAN Xidmətin sədri Ülvi Mehdiyev deyib:
"Karantin dövründə işləməsi üçün şəraiti olan çimərliklər müəyyən edilib və vətəndaşlar bu haqda “cimerlik.az” saytında məlumat ala bilərlər. Çimərliyə getmək üçün heç bir icazə almağa ehtiyac yoxdur".
Qurum rəsmisi bildirib ki, bu portalda reyestrə salınan çimərliklər qeyd ediləcək:
“Sayt həmin çimərliklərə getməmişdən əvvəl informasiya almaq üçün yaradılıb. Burada getmək istədiyiniz çimərliyi tapa bilərsiniz. Çimərliklər dolumuna görə yaşıl, sarı və qırmızı göstəriləcək.
Hər bir çimərliyin konkret tutumu müəyyən olunub, həmin qaydalara uyğun istifadə ediləcək. Əgər bir yer üçün 500 nəfər müəyyən olunubsa, həmin çimərliyə 501-ci adam buraxılmayacaq.
Siyahıda olmayan çimərlik monitorinqdən kənar qalanlardır. Ora getmək istəyən vətəndaşları ehtiyatlı olmağa çağırırıq. Çünki orada yoluxma riski böyükdür”.
Oxşar xəbərlər
Bakıda çimərliklər bu tarixdən açıla bilər - RƏSMİ
"Təəssüf ki, biz çimərliklərin bu gün üçün açılmasına hələ hazır deyilik". BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Preziden...