Çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel keçir - FAKTİKİ VƏZİYYƏT
26
iyn
2024
22:58
İyunun 26-sı saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qudiyalçayda suyun səviyyəsi 10, Vəlvələçayda 7, Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayda 7, Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançayda 47, Viləşçayda 33, Təngərüdçayda isə 2 sm artıb.
Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev BAKU.WS-ə bildirib ki, hazırda Oğuz rayonu ərazisindən axan Əyriçaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir.
Oxşar xəbərlər
Çaylarda suyun səviyyəsi artıb
İyunun 26-sı saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qaraçayda suyun səviyyəsi 1...