Cəlilabadlı fermerlər satdıqları kartofun pulunu ala bilmir
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunun Maşlıq kəndində kartof əkini ilə məşğul olan bir qrup fermer satdıqları məhsulun pulunu ala bilmir.
Bu barədə "Report"un Muğan bürosuna təsərrüfat sahibləri məlumat verib.
Onların sözlərinə görə, ötən mövsüm istixana şəraitində becərdikləri kartofu İqbal Ağayev adlı bir şəxs alıb və məhsulu Rusiyaya göndərib, onların pulunu isə bir-iki gündən sonra verəcəyini bildirib. Bununla belə, fermerlərə ödəniş olmayıb. Hazırda həmin sahibkar hər fermerə 3-10 min manat arasında, ümumilikdə isə 170 min manat borcludur.
Kartof istehsalçıları deyir ki, dəfələrlə İ.Ağayevlə görüşərək ondan pullarını istəyiblər. Sahibkar isə hər dəfə indi pulunun olmadığını bildirib, amma tezliklə borcunu ödəcəyinə söz verib. Amma verilən sözlər vəd olaraq qalıb. Son günlər isə iş adamı ümumiyyətlə pulu verməkdən imtina edib.
"Report" İ.Ağayevlə əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməyib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan isə bildirilib ki, məsələdən məlumatlıdırlar. Hazırda faktla bağlı polis araşdırma aparır.
Oxşar xəbərlər
Qış mövsümündə kartof kəskin bahalaşacaq? - “Kaspi”nin ARAŞDIRMASI - FOTO
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 49 min 77.4 hektar sahədən 981 min 927 ton kartof yığılıb. Dövlət Statistika Komitəsinin hesablamalarına gör...