Cəlilabadın iki yaşayış məntəqəsində qazlaşma işləri yekunlaşıb
13
okt
2025
20:01
Cəlilabad rayonunun iki yaşayış məntəqəsində qazlaşma işləri yekunlaşıb.
Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Cəlilabad şəhərinin yeni yaşayış massivində və Hacıməmmədli kəndində qazlaşma işləri başa çatıb.
Eləcə də, cari ildə rayonun Mirzəli kəndində qazlaşma işlərinin başlanılması da nəzərdə tutulur.
Ümumilikdə rayon üzrə qazlaşma səviyyəsi 88 %-ə çatıb.
Oxşar xəbərlər
Bakıda sürücülər üçün 40 manatlıq "tələ"
Bakıda yol xətlərinin silinməsi və yenidən çəkilməsi zamanı yaranan çaşqınlıq sürücünün cərimələnməsinə səbəb olub. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraci...