Cəbrayılda peşə hazırlıq mərkəzi tikiləcək
İşğaldan azad edilmiş Cəbrayıl rayonunda peşə hazırlıq mərkəzi tikiləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.
O qeyd edib ki, təhsil sistemi ilə əmək bazarı arasında ciddi əlaqənin qurulmasını təmin edilməlidir:
"Bununla əlaqədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Elm və Təhsil Nazirliyi, o cümlədən digər aidiyyəti qurumlar arasında fikir ayrılığı yoxdur. 2030-cu ilə qədərki inkişaf strategiyasına əsasən regionlar üzrə 10 peşə hazırlığı mərkəzinin yaradılması nəzərdə tutulur. Biz bu sahəyə özəl sektoru da daxil etməliyik".
Oxşar xəbərlər
Hər şeyi özünə dərd edən bürclər: Onlar hadisələri çox düşünür
Bəzi insanlar baş verən hadisələri digərləri ilə müqayisədə daha çox düşünür, deyilən sözləri uzun müddət yadda saxlayır və kiçik problemləri belə özlərinə də...