Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək - 2030-cu ilədək
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda 2030-cu ilədək fəaliyyət göstərən bütün kolleclərin müvafiq ali təhsil müəssisələrinə verilməsi və onların universitetlərin tərkib hissəsi kimi fəaliyyət göstərməsi planlaşdırılır".
BAKU.WS "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bunu "2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri"nin müzakirəsində Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bildirib.
Onun sözlərinə görə, hazırda müzakirə mərhələsində olan 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında orta ixtisas təhsili ilə bağlı bir sıra məsələlərin əksini tapması gözlənilir: "2022–2026-cı illəri əhatə edən strategiyada orta ixtisas təhsili ilə bağlı ayrıca istiqamət nəzərdə tutulmamışdı. Növbəti mərhələdə isə kollecləri ali təhsil ekosisteminin bir hissəsi kimi görürük. Hazırda bəzi kolleclər ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərir. Lakin bizim nəzərdə tutduğumuz inteqrasiya yalnız tabelik məsələsi deyil. Məqsəd kolleclərin universitetlərin ayrılmaz tərkib hissəsinə çevrilməsidir. Planlaşdırırıq ki, 2027–2030-cu illərin sonuna doğru bütün fəaliyyət göstərən kolleclər müvafiq ali təhsil müəssisələrinə inteqrasiya olunsun".
T.Süleyman bildirib ki, bu modeldə orta ixtisas təhsili universitetlərin bakalavriat, magistratura və doktorantura səviyyələri ilə birlikdə vahid təhsil ekosisteminin tərkibində fəaliyyət göstərəcək.
O qeyd edib ki, nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətlərindən biri kolleclərin ali təhsil müəssisələri ilə birgə fəaliyyətinin təmin olunmasıdır.
Oxşar xəbərlər
Azərbaycanda nikahlar azalıb, boşanmaların sayı isə...
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma və 15030 boşanma halları qeydə alınıb. BAKU.WS x...