"Buta Airways"in təyyarəsi kəskin hava şəraitinə görə geri qayıtdı
24
iyl
2022
17:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.
BAKU.WS aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Qeyd edilir ki, reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.
Oxşar xəbərlər
AZAL-ın Naxçıvana uçan təyyarəsi tufanla əlaqədar Bakıya qayıtdı
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əl...