Buraxılış və qəbul imtahanları nə vaxt olacaq? - RƏSMİ

Buraxılış və qəbul imtahanları nə vaxt olacaq? - RƏSMİ
Sosial 360

"Təhsil sisteminin əhatəliliyi nəzərə alınaraq və mövcud vəziyyət qiymətləndirilərək tədrisin bərpa edilməsi ilə bağlı növbəti addımlar atılacaq".

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, ehtiyac olsa dəstəkləyici addımlardan istifadə etməklə dərslərdən geri qalmaq halları aradan qaldırılacaq: "Çalışacağıq ki, növbəti tədris ilində bu məsələ problem yaratmasın".

C.Bayramov bildirib ki, Təhsil Nazirliyi buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı aidiyyətli qurumlarla sıx əməkdaşlıq edir: "Əlavə tarixlərlə bağlı konkret məlumatlar müvafiq zamanda təqdim ediləcək. Bu da mövcud şəraitdən asılı olacaq. Hər hansı çeviklik tələb olunsa ali təhsil müəssisələrinə qəbulla bağlı təkliflər hazırlanacaq. Mövcud şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər