Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri açıqlanıb
Sosial 289
Sentyabrın 8-də ümumi orta təhsil bazasında buraxılış imtahanının I mərhələsi və tam orta təhsil bazasında buraxılış imtahanı verən şagirdlərin nəticələri elan olunub.Dövlət İmtahan Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.Eyni zamanda DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab vərəqələrinin qrafik təsviri ilə tanış ola bilərlər.Qeyd edək ki, DİM 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində bu ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif üzrə buraxılış imtahanı verən şagirdlər nəticələri ilə aşağıdakı linkdən tanış ola bilərlər:http://eservices.dim.gov.az/2019/netorta/?frm=egov

Oxşar xəbərlər

İmtahanların nəticələri açıqlandı

İmtahanların nəticələri açıqlandı

İyunun 30-da keçirilən imtahanların nəticələri elan olunub.Dövlət İmtahan Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, 2019-cu il iyunun 30-da:- ümumi (9 illik)...

9 Sosial 16:59 01 iyul 2019

Son xəbərlər