Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib - "CandyFest"
1 İyun – Beynəlxalq Uşaq Günü münasibətilə Bakı Bulvarında yay mövsümünün ən böyük tədbirlərindən biri olan "Candy Fest" festivalına start verilir.
BAKU.WS xəbər verir ki, Dənizkənarı Milli Parkın ənənəvi yarmarka məkanında keçiriləcək festival iki ay davam edəcək və iyul ayının sonunadək ziyarətçiləri qəbul edəcək.
Festival hər yaş qrupundan olan qonaqlar üçün nəzərdə tutulub. Ərazidə müxtəlif mövzulu və rəngarəng dizaynlı satış köşkləri, əyləncə zonaları, oyunlar və canlı tamaşalar fəaliyyət göstərəcək.
Hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və müxtəlif əyləncə proqramları təşkil olunacaq. Bu proqramlarda iştirak ödənişsizdir. Festivalın əsas yeniliklərindən biri 1500 nəfərlik açıq hava amfiteatrında təqdim olunacaq su sirki şousudur.
Xüsusi vizual effektlər və musiqi müşayiəti ilə təşkil ediləcək proqram hər gün saat 20:30-da başlayacaq və 75 dəqiqə davam edəcək. Saat 23:00-dan sonra isə su sirki böyüklər üçün nəzərdə tutulmuş xüsusi musiqili proqramlarla davam edəcək.
Festival ərazisinə giriş sərbəstdir. Açıq hava amfiteatrında keçiriləcək su sirki şousuna biletləri iticket.az saytından və şəhərin kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, tədbir iyunun 1-də saat 12:00-da Kukla Teatrının yaxınlığında yerləşən ənənəvi yarmarka məkanında başlayacaq.
Qalereya
Oxşar xəbərlər
Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb
Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb. BAKU.WS xəbər verir ki, 2015-ci il təvəllüdlü L.A Nizami rayonu B.Nuriyev küçəsində yaşadığı evin eyvanından...