DİM: 1 nəfər başqasının yerinə imtahana girmək istədi, 8-ində telefon tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
BAKU.WS Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının şəklini çəkib öz yaxınlarına göndərib. İmtahanın gedişi zamanı bu hal nəzarətçilər tərəfindən aşkar olunub.
Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb.
Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.
Oxşar xəbərlər
Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına keçirəcəyi qəbul imtahanında 17 0...