Bu yolda hərəkət məhdudlaşdırılıb

Bu yolda hərəkət məhdudlaşdırılıb
Sosial 201

Abşeron rayon Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.

Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, bu gündən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 22-ci km-dən 23.5-ci km-dək olan yol sahəsində təmir işləri başlanılıb:

"Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə DYP-nin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.

Qeyd olunanları nəzərə alaraq, Saray qəsəbəsinə gedən sürücülərə Bakı-Quba-Rusiya yolunun 16-cı km-də körpüdən keçməklə alternativ yoldan istifadə etmələri tövsiyə olunur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər