Bu xidmət icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edildi
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda ürək əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilir".
BAKU.WS-in Report-a istinadla xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
"İcbari tibbi sığorta üzrə xidmətlər zərfində 2500-dən artıq xidmətlər var idi. Orada daha çox ölümə səbəb olan, ən çox yayılmış xəstəliklər nəzərə alınmışdı. Bir il işlədikdən sonra biz gördük ki, ürək əməliyyatları, ürək qapaqlarının dəyişdirilməsi nəzərdə tutulmamışdı. Onlar kifayət qədər böyük vəsait tələb edən əməliyyatlardır. Ona görə də biz onları da yeni xidmətlər zərfinə daxil etdik. Hazırda bu məsələ razılaşmadadır və bir neçə nazirlikdən keçdikdən sonra Nazirlər Kabineti onu təsdiqləyəcək", - sədr bildirib.
Oxşar xəbərlər
Azərbaycanda orqan implantasiyası ilə bağlı əməliyyatlar pulsuz olacaq? - FOTO
Azərbaycanda orqan implantasiyası ilə bağlı əməliyyatların icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin Xidmətlər Zərfinə daxil edilməsi planl...