Bu xətt üzrə avtobuslar YENİLƏNİR
27
dek
2025
13:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun "Koroğlu" və "Ulduz" stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib ki, dekabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 12 böyüktutumlu "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslarda ödəniş nağdsız aparılacaq. Gedişhaqqı 0.60 AZN müəyyən edilib.
Oxşar xəbərlər
Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı
Biləcəridə hotelin fəaliyyəti dayandırılıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tə...