Bu xəstəxananın direktoru işdən çıxarıldı - Yeni təyinat

Bu xəstəxananın direktoru işdən çıxarıldı - Yeni təyinat
Sosial 228

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib.

BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq Əmr imzalayıb.

TƏBİB sədrinin digər əmri ilə Qənbərov Ravil Həbib oğlu sözügedən vəzifəyə təyinat alıb.

Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin rəhbəri olub.

Qeyd edək ki, vəzifədən azad olunan R.Əkbərov 2014-cü ildən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru idi, eyni zamanda baş həkim vəzifəsini icra edirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir"

Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir"

Lerikin ucqar dağ kəndi olan Bradinin sakini Qədir Qurbanovun ailəsi illərdir qəzalı vəziyyətə düşən evdə yaşayır. Onun sözlərinə görə, ev 1970-ci ildə tikilib....

47 Sosial 23:48 15 sentyabr 2026

Son xəbərlər