Bu xəstəliklərdən əziyyət çəkənlər pensiya alacaq

Bu xəstəliklərdən əziyyət çəkənlər pensiya alacaq
Sosial 624

"Onkoloji yardım haqqında" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qanun layihəsi onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququnu müəyyənləşdirir.

Layihə "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihələrinə uyğunlaşdırma xarakteri daşıyır və xəstəlikdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

ŞAD XƏBƏR: Azərbaycanda bu şəxslər də pensiya ala biləcək

ŞAD XƏBƏR: Azərbaycanda bu şəxslər də pensiya ala biləcək

Onkoloji xəstələrin və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq. BAKU.WS xəbər verir ki, bu, “Onk...

3047 Sosial 09:44 17 aprel 2022

Son xəbərlər