Bu tələbələrin hər birinə 200 manat aylıq təqaüd verilir
Yeniliklərdən dərhal xəbərdar olun
“Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində regionlardan olan, həssas təbəqəni təmsil edən, qəbul imtahanında yüksək bal toplayan 25 tələbə qız seçilib və onlara dəstək göstərilir.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Layihələrin idarəolunması şöbəsinin müdiri Nərgiz İsmayılova martın 9-da “Qızların təhsilinə dəstək” layihəsinin canlı yayımda müzakirəsi zaman deyib.
O, qeyd edib ki, lahiyənin daha böyük miqyasda həyata keçirilməsi və layihəyə cəlb edilən qızların sayının artrılması nəzərdə tutulur: “Planımız böyükdür. Növbəti tədris ilində iştirakçıların sayının artırılması planlaşdırılır”.
N.İsmayılova qeyd edib ki, layihə çərçivəsində hər bir tələbə qıza 200 manat məbləğində aylıq təqüd verilir və onların təhsil aldığı müddətdə bu təqaüd davam etdiriləcək.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...