Bu tarixdə daha 6 modul tipli məktəb təhvil veriləcək - NAZİRLİK

Bu ilin sonuna qədər daha 6 modul tipli məktəb istifadə üçün təhvil veriləcək.
BAKU.WS xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev deyib.
O bildirib ki, hazırda həmin məktəblərin quraşdırılması istiqamətində işlər davam edir.
"Bu il plana əsasən, 31 modul tipli məktəb tikilməli idi. Onlardan 25-i artıq hazırdır, digər 6-nın tikintisi aparılır. İlin sonuna qədər işlər yekunlaşdırılacaq. Növbəti ildə də modul tipli məktəblər tikiləcək. Neçə məktəbin tikiləcəyi ilə bağlı əlavə məlumat veriləcək. Qeyd edim ki, 2016-2020 illərdə 353 modul məktəb quraşdırılıb", - F.Əliyev qeyd edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər...