Bu şəhərlərə giriş-çıxışa qoyulan qağada götürülməyib - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Lənkəran şəhərində, bilirsiniz ki, sərtləşdirilmə götürüldü. Lənkəran şəhərinin giriş və çıxışına tətbiq olunan məhdudiyyət hələ də qüvvədədir".
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev danışıb.
O bildirib ki, Lənkərandan digər şəhər və rayonlara çıxmaq, eyni zamanda digər şəhər və rayonlardan Lənkərana girişə icazə verilmir:
"Bunu əhali nəzərə almalıdır. Lənkəranın daxilində insanlar sərbəst hərəkət edə bilərlər. Amma Lənkəranda giriş-çıxış ilə bağlı Nazirlər Kabinetinin 178 saylı qərarı hələ də qüvvədədir. 5 inzibati ərazi - Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun giriş-çıxışına tətbiq edilən məhdudiyyət hələ də qüvvədədir".
Oxşar xəbərlər
Azərbaycanda daha bir qadağa ləğv olunur - Məsələ Parlamentdə qaldırılacaq
14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin ya...