Bu şəhərdə su kəsiləcək
24
may
2023
14:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 25-də Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar mayın 24-də gecə saatlarından birinci magistral kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
Oxşar xəbərlər
Şuşaya yeni magistral su kəməri çəkiləcək - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının təmin olunması məqsədilə “Azərsu” Açı...