Sarayda suyun verilişi bərpa edilib
Abşeron rayonunun Saray qəsəbəsində suyun verilişi 6-ci gün - 12 iyulda bərpa edilib.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
***10:04
Abşeron rayonunun Saray qəsəbəsində yaşayan sakinlər su problemindən əziyyət çəkirlər.
Bu barədə vətəndaşlardan biri BAKU.WS-in "qaynar xətti"nə şikayət edib.
Bildirilib ki, qəsəbənin "Üzümlük" adlanan ərazisində 1 həftədir su sadəcə gecələr gəlir:
"Üzümlük ərazisində su yalnız gecə saat 1-dən sonra gəlir və səhərə yaxın kəsilir. Gün ərzində ümumiyyətlə olmur.
Bu hal bizi çox çətin vəziyyətdə qoyur", - deyə şikayətçi vurğulayıb.
Oxşar xəbərlər
Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq
Bakının Suraxanı və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərb...