Bu peyvəndin üçüncü dozası yeni ştamlara qarşı da təsir göstərir
Yeniliklərdən dərhal xəbərdar olun
"Moderna" şirkətindən koronavirusun Braziliya və Cənubi Afrika ştamlarına qarşı üçüncü peyvənd dozasının təsiri barədə açqılama verilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu sınaqların ilkin nəticələri göstərib.
Məlumata əsasən, tədqiqat iştirakçıları peyvəndin ikinci dozasından altı ilə səkkiz ay sonra əlavə doza alıblar.
15 gündən sonra analizlər COVID-19-un yeni ştamlarına qarşı anticismlərin gücləndirilmiş reaksiyasını göstərib. Şirkət əlavə dozaya bədənin dözümlüyünü də qeyd edib.
Tədqiqat nəticələri hələ mütəxəssislər tərəfindən təsdiqlənməyib, şirkət araşdırmalarına davam edəcəyini deyib.
Oxşar xəbərlər
Vaksinin 3-cü dozası da vurulacaq? - AÇIQLAMA - VİDEO
Peyvəndin ikinci mərhələsində dozanın daha çox olması barədə fikirlər tamamilə yanlışdır. BAKU.WS xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlaması...