Bu peşə sahibləri XƏYANƏTƏ meyillidir – Kişilərlə qadınlar arasında böyük fərq
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni araşdırmaya görə, bəzi kişilərin xəyanət etmə ehtimalı onların işlədiyi sahə ilə yaxından əlaqəlidir. Ailə Araşdırmaları İnstitutunun dərc etdiyi hesabatda cərrahların xəyanət faizi digər peşə sahiblərinə nisbətən daha çoxdur.
BAKU.WS xəbər verir ki, məlumata görə, yüksək statuslu vəzifələrdə çalışan kişilərin 18 faizi evlilik dövründə partnyoruna xəyanət edib. Digər diqqətçəkən nəticə isə işsiz kişilərdir. Araşdırmaya əsasən, 25-54 yaş arası işsiz kişilərin beşdə biri münasibətlərində sadiq qalmır. Mütəxəssislər bunu kişilərin maddi asılılıq səbəbilə özlərini güvənsiz və natamam hiss etmələri ilə əlaqələndirir.
Araşdırma qadınlarla bağlı da maraqlı fakt ortaya qoyub. Göstəricilərə görə, qadınlar arasında düşük prestijli işlərdə çalışanların 21 faizi xəyanət edir. Yüksək vəzifədə işləyən qadınlarda isə bu göstərici cəmi 9 faizdir. Yəni, kişilərdə olan tendensiyanın tam əksi müşahidə olunur.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...