Bu ölkələrdən Azərbaycana quş ətinin gətirilməsinə qadağa qoyuldü

Bu ölkələrdən Azərbaycana quş ətinin gətirilməsinə qadağa qoyuldü
Sosial 119

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Lesoto Krallığının Maseru, Vyetnam Sosialist Respublikasının Nin Txuan və Ka Mau, Litva Respublikasının Tauraq inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Lesoto Krallığının Maseru, Vyetnam Sosialist Respublikasının Nin Txuan və Ka Mau, Litva Respublikasının Tauraq inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Lesoto Krallığından, Vyetnam və Litva respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Oxşar xəbərlər

Bəzi ərazilərdən quş əti və yumurtanın gətirilməsi qadağan olundu

Bəzi ərazilərdən quş əti və yumurtanın gətirilməsi qadağan olundu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümum...

206 Sosial 15:26 18 may 2021

Son xəbərlər