Bu ölkədən Azərbaycana heyvan gətirilməsinə qadağa qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq etdiyi müvəqqəti məhdudiyyətlə bağlı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, AQTA-dan "Report"a daxil olan məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Bolqarıstanın Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyi qeydə alındığını bildirib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatı nəzərə alınaraq, Bolqarıstanın Qabrovo və Sumen vilayətlərindən xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunmasına dair qərar qəbul edilib.
Bu tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusu yüngül keçirən xəstələr evdə müalicə olunacaqlar - QƏRAR
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdi...