Bu ölkədə COVID-19-dan bir gündə minlərlə insan öldü - CƏDVƏL

Bu ölkədə COVID-19-dan bir gündə minlərlə insan öldü  - CƏDVƏL
Sosial 646

ABŞ-da son 24 saat ərzində 3,3 mindən çox insan koronavirusdan həyatını itirib.

BAKU.WS xəbər verir ki, bu barədə yerli və federal orqanların statistikası əsasında hesablamalara istinadən Con Hopkins Universiteti məlumat yayıb.

Birləşmiş Ştatlarda ümumilikdə 52 193 nəfər koronavirusun qurbanı olub.

Qeyd edək ki, yoluxma hallarına görə dünyada ilk pillədə məhz ABŞ qərarlaşıb. Bu ölkədə COVID-19 infeksiyasına yoluxanlarn sayı 925 min 232 nəfər təşkil edir.

Yoluxma hallarına görə dünyada ikinci sırada İspaniya qərarlaşıb. Bu ölkədə 219 min 764 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 22 min 524 nəfərdir.

Sağalanların sayına görə ilk pillədə Almaniya qərarlaşıb. Hazırda ölkədə sağalanların sayı 109 min 800 nəfərdir.

Bu ölkədə COVID-19-dan bir gündə minlərlə insan öldü  - CƏDVƏL

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər