Bu ölkədə böyüklər üçün vaksinlər səhvən uşaqlara vurulub

Bu ölkədə böyüklər üçün vaksinlər səhvən uşaqlara vurulub
Sosial 121

Braziliyada səhvən 40-dan çox uşaq böyüklər üçün nəzərdə tutulmuş “Janssen” immunizasiya dərmanı ilə yeni növ koronavirus infeksiyasına qarşı peyvənd edilib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

Peyvənd vuruldqdan sonra altı uşaqda ürəkbulanma, qusma və qızdırma kimi yan təsirlər yaranıb. Onlardan birinin qısa müddət ərzində vəziyyəti ağırlaşdığı üçün xəstəxanada qalmalı olub.

İnsidentin baş verdiyi Afoqados da İnqazeyra şəhərinin prefekturası ampulaları qarışdıran işçini müvəqqəti olaraq işdən çıxarıb.

Braziliyada “Pfizer” dərmanının məhdud dozası ilə 5-11 yaşında uşaqlar koronavirusa qarşı peyvənd olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər