Bu mövsüm soğan bol olacaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə soğan istehsalçıları müasir becərmə texnologiyalarından və daha məhsuldar toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olublar.
BAKU.WS xəbər verir ki, rayon ərazisində soğan yetişdirən təsərrüfat sahibləri bir neçə gündür ki, məhsulun yığımına başlayıblar.
Təsərrüfat sahibləri "Xəzər Xəbər"ə deyib ki, hazırda yığımına başlanan soğan tez əkilir və tez də yığılır. Yəni bunun yığılıb satılması üçün bir ay və ya ay yarım vaxt lazımdır. Qeyd olunan müddətdə soğan yığılıb satılmazsa, sahələrdə qalıb xarab ola bilər. Amma təsərrüfat sahiblərinin belə bir qorxusu yoxdur, çünkü hazırda soğanın alıcısı kifayət qədərdir. Qiyməti də keçən ilə görə 3-4 dəfə bahadır.
Qeyd edək ki, payızda əkilən soğanın yığımı may-iyun aylarında həyata keçirilir. Yazda əkilən soğan yığımına isə avqust ayında başlanacaq.
Oxşar xəbərlər
Ölkədə kartof və soğan ucuzlaşacaq?
Hazırda ölkədə soğan və kartof kəskin bahalaşıb. Bir ay bundan əvvəl kiloqramı 50-55 qəpiyə olan soğan hazırda bazarlarda kiloqramı 1,30 manata satılır. Kartofu...