Bu marşrut avtobuslarının hərəkəti dəyişəcək
25
fev
2019
16:16
Sabah Bakıda 14 marşrut xəttinin hərəkət trayektoriyası dəyişəcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə məlumat verilib.Məlumatda bildirilib ki, Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından,14 marşrut xəttinin (1, 2, 4, 5, 8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyası da dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.BAKU.WSOxşar xəbərlər
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
20 yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf kü...