Bu küçənin sakinləri yoldan istifadə edə bilmir - Su ilə dolu çalalar və palçıq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda yerləşən Digah qəsəbəsindəki küçələrin birində yollar bərbad vəziyyətdədir.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayət daxil olub.
Qəsəbənin E.Abdullayev küçəsinin sakinləri bərbad yoldan təngə gəldiklərini bildiriblər.
Sakinlərin sözlərinə görə, 6 ildir həmin küçədə yaşasalar da normal yoldan istifadə edə bilmirlər.
Qeyd edək ki, günəşli havada toz, yağışlı havada isə palçığa görə keçilməz olan yollar günü-gündən daha da sıradan çıxır. Yağıntılı havada bu cür vəziyyətdən ən çox əziyyət çəkənlər isə məktəblilər olur. Əraziyə çağırılan operativ xidmət maşınları, o cümlədən taksilərin gəlişində də problemlər yaranır.
Oxşar xəbərlər
Dövlət avtomobilləri satışa çıxır - "Mercedes Benz" 5 min AZN - QİYMƏTLƏR
17 avqust 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 13 nəqliyyat vasitəsi çıxarılıb. Hərr...