“Bu işləri “Gilan Holdinq” həyata keçirib” - Nərimanov RİH-dən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov Rayon İcra Hakimiyyəti xaricdə yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərən Qurban Məmmədova Nərimanov rayonu ərazisində çoxlu sayda ev verilməsində rayonun icra başçısı Abdin Fərzəliyevin də rolunun olması ilə bağlı KİV-də yayılan iddialara münasibət bildib.
BAKU.WS Quruma istinadən xəbər verir ki, bu xəbər həqiqəti əks etdirmir.
Qeyd olunur ki, sözügedən ünvanda “Atlant-İnşaat” şirkəti təsdiq olunmuş layihə əsasında tikinti işləri aparıb:
"Həsənoğlu küçəsi 12 ünvanda Gilan Holdinq tərəfindən inşa edilən tikintinin ərazisinə düşdüyü üçün həmin ünvanda 2 mərtəbəli binalar sökülərək sakinlərin şirkətin M.Nağıyev küçəsi 19/67 ünvanda artıq inşa etdiyi hazır binaya köçürülməsi, kompensasiya verilməsi, sökülən mənzillərin əvəzləndirilməsi və bu kimi digər məsələlər birbaşa şirkət ilə sakinlər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilib. Bütün sadalanan proseslərin həyata keçirilməsi ilə bağlı ətraflı məlumatları KİV nümayəndələri qeyd edilən şirkət ilə də əlaqə saxlayaraq dəqiqləşdirə bilər".
Qeyd olunub ki, bu proseslərdə Nərimanov RİH-nin heç bir rəsmi və ya qeyri-rəsmi iştirakı olmayıb:
"O cümlədən bu məsələdə heç bir rolu və iştirakı olmayan RİH başçısı Abdin Fərzəliyevin adının qeyd edilməsi qərəzlidir və ikrah hissi doğurur".
Oxşar xəbərlər
Prezidentin xəbərdarlığından sonra icra başçıları hərəkətə keçdi - 24 saatda kim hansı işi görüb? - SİYAHI
Son aylarda Prezident İlham Əliyev tərəfindən bir çox sahələrdə olduğu kimi, icraedici hakimiyyətdə ciddi struktur islahatları sürətlənib. BAKU.WS xəbər verir k...